“Onlar varlılarla oturub durmağa aludə olublar”

“Onlar varlılarla oturub durmağa aludə olublar”

"Sosial şəbəkədə qarşıma iki maraqlı elan çıxdı. May ayının 24-də professor Rafiq Əliyevlə, may ayının 29-da isə şair Ramiz Rövşənlə Avropa-Azərbaycan məktəbində görüş keçiriləcək. Yəqin ki, giriş pullu olacaq! Yeri gəlmişkən, bu məktəbdə ibtidai təhsil bölməsində uşaqlara hətta mahnılar da ingilis ingilis dilində oxutdurulur. Şairin və alimin mövzularının adına diqqət edin: "Süni intellektin emosiyası" və "Həyatın ədəbiyyatda təzahürü." Haqlı sual ortaya çıxır. Azərbaycanın tanınmış simaları nədən oliqarx (məktəb Kəmaləddin Heydərovun oğlunundur) məktəbini seçirlər? Bu gün ziyalıların region məktəblərində görüşlər keçirməsi daha vacib deyilmi? Ziyalı təbəqə xalqına təmənnasız xidmət göstərməlidir".

Yenisabah.az xəbər verir ki, bunu sabiq deputat Etibar Əliyev sosial şəbəkə hesabında qeyd edib.

qaynarinfo.az

"Bu yaxınlarda "Elmin populyarlaşdırılması" Mərkəzinin “Elm gözəldir: Məktəbdən elmə” layihəsi çərçivəsində alimlərlə Lənkəran, Mingəçevir və Gəncə məktəbliləri ilə görüşümüz oldu. Regionlarımızda təhsil alan istedadlı uşaqların biliklərinin məhsulunun Bakıda sərgisi təşkil olundu. Ən azında onlarda təhsilə və elmə motivasiya yarada bildik. Həqiqət naminə qeyd edim ki, Elm və təhsil nazirliyi tərəfindən maneçilik hallarına rast gəlmədik. Rafiq Əliyevlə Ramiz Rövşənin ingilisdilli oliqarx məktəbinə üz tutması mənə təəccüblü gəlmədi. Çünki bizim üzdə olan "ziyalılar" daha çox varlılarla oturub-durmağa aludə olublar. Allah bərəkət versin, qazancları da pis olmur. Regionlara getməsinlər, əziyyət olar, gəlsinlər Qaraçuxur məscidinin yanındakı məktəblərin birinə. Mən dəvət edirəm və moderatorluğu da üzərimə götürürəm.

Nəhəng intellektual Raymon Aron gözəl deyib: "Son yarım əsrdən bəri "ziyalı" adlı sinif və təbəqəyə malik olan bizlər də hər şeydən qabaq bu təbəqənin özünü təhlil etməliyik. Biz özümüz bu təbqənin bir hissəsi olsaq da özümüzü təhlil etməli və haradan gəldiyimizi, nə vaxt gəldiyimizi, nə üçün gəldiyimizi və bu təbəqənin necə formalaşdığını aydınlaşdırmalıyıq".

Biz də bu mövzunu müzakirə edə bilərikmi? Bir təbəqənin özünə alim və şair seçdiyi cəmiyyətdə böyük təhdidlərlə üzləşərik.

P. S. Dövranılarını sürmüş yaşlı nəslin nümayəndələri uşaqlara və gənclərə yeni heç nə deyə bilmirlər. Acı da olsa, reallıqdır! Oxumurlar…Gənc və orta yaşlı istedadlı şəxslərin fikirlərinə daha böyük ehtiyac duyulur" - E. Əliyev sözlərinə əlavə edib. 






Fikirlər