“PUTİNİ CÜMƏ AXŞAMI TÜRKİYƏDƏ ŞƏXSƏN GÖZLƏYƏCƏM” - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazır olduğunu bildirib.

"AzPolitika" xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb.

Diplomatiya üçün lazımi zəmin yaratmaq üçün sabahdan tam və uzunmüddətli atəşkəs gözləyirik. Qətlləri uzatmağın mənası yoxdur. Mən Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm. Ümid edirəm ki, ruslar bu dəfə edə bilməyəcəkləri səbəblər axtarmayacaqlar”, - deyə o bildirib.

Qeyd edək ki,bu açıqlamadan bir saat keçməmiş ABŞ prezidenti Donald Tramp Ukraynanın İstanbulda Rusiya ilə danışıqlara razılıq verməli olduğunu yazmışdı.

Tramp hesab edir ki, görüş sayəsində Kiyev Moskva ilə razılaşmanın mümkün olub-olmadığını ən azı başa düşə biləcək və Qərb buna uyğun hərəkət edə biləcək.






Fikirlər