Tofiq Yaqublu aclığı dayandırıb - AÇIQLAMA...

Tofiq Yaqublu azadlığa buraxıldı Pravda.az

"Bu gün Tofiq Yaqublu ailəsinin və xüsusilə, qızı Nigar Yaqublunun təkidli xahişləri ilə aclığı dayandırdı. Orada onun təlimat üzrə ilkin qidalanması aparıldı, venadaxili nutritiv infuziya edildi. Lazım olan dərman preparatları (Pantoprozol, Qlutation, Lipofundin, Aminoselekt, Albumin və s.) köçürüldü. 40 günlük aclığın nəticələrini aradan qaldırmaq üçün sonrakı müalicə tədbirlərinə ehtiyac var".

"AzerTaym.az" bildirir ki, belə bir açıqlama ilə həkim Adil Qeybulla çıxış edib. 

Xatırladaq ki, Müsavat funksioneri Tofiq Yaqublu 40 günə yaxın idi həbsxanada aclıq edirdi. O, azadlığa buraxılmasını tələb edirdi.






Fikirlər