Prezident “Zəfər” şousundan paylaşım etdi - VİDEO
Prezident İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib. “AzerTaym.az” qafqazinfo-ya istinadən xəbər verir ki, paylaşımda deyilir: “Prezidentlər, ECO-nun 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamda”. Qeyd edək ki, videoda Ağdamdakı “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının “Zəfər” şousundan görüntülər yer alıb.