FARS REJİMİNİ TƏBLİĞ EDƏNLƏRƏ QARŞI ƏMƏLİYYAT - Saxlanılanların adları
Azərbaycanda İranın fars rejimini təbliğ edənlərə qarşı əməliyyatlar davam edir. "AzPolitika.info" xəbər verir ki, bu barədə MOUZE "Teleqram" kanalı məlumat yayıb. Məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində Astara rayon sakinləri Bəxtiyar Məmmədov, Eyvaz Baxşıyev, Biləsuvar rayon sakini Rahil Ağayev, Neftçala sakinləri Hüseyn Rzayev, Nəsrəddin Nəsirov və MBH üzvü Ceyhun Hacıyev tutulublar. Qeyd edək ki, əməliyyatla bağlı rəsmi məlumat yoxdur.