Türk lirəsini ABŞ “öldürür“? - “Dünya iqtisadiyyatında baş verən kataklizmlər...“

Türk lirəsini ABŞ “öldürür“? - “Dünya iqtisadiyyatında baş verən kataklizmlər...“

Son günlər türk lirəsinin sürətlə ucuzlaşması ekspertlər tərəfindən ABŞ-ın Türkiyəyə təzyiqi kimi qiymətləndirilir. Təbii ki, buraya iki ölkə arasında uzun illərdir baş verən “F-35” və “S-400” qalmaqalları da daxildir.

Bəzi iqtisadçılar isə hesab edirlər ki, lirənin ucuzlaşması pandemiyanın bir çox ölkələrdə ortaya çıxardığı iqtisadi böhran kimi dəyərləndirilməlidir.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimli bildirib ki. 2020-ci ilin əvvəllərində dünya pandemiya ilə əlaqədar olaraq ciddi bir kataklizmə məruz qaldı:

“Avropa İttifaqında (Aİ) iqtisadiyyat 9% kiçilməyə doğru getdi və tək Aİ-də 29 ölkə var. Ümumilikdə götürdükdə 9% geriləmə, bu məsələnin rəsmi tərəfidir. Bunun digər tərəfi isə hesab edirəm ki, iki rəqəmli indekslərə doğru iqtisadiyyatın azalması dinamikasıdır.

Türkiyə də bu dönəmlərdə ən çox Aİ, Rusiya, həm şərq, həm də qərb ölkələri ilə sırf ticari əlaqələrə malik olan bir ölkədir. Türkiyə lirəsi real üzən məzənnədə fəaliyyət göstərən bir məzənnədir. Bunun fonunda, yəni ölkəyə xarici valyutanın daxil olması azaldıqda belə problemlər ortaya çıxır.”

İqtisadçının sözlərinə görə, Türkiyə iqtisadiyyatı, yetərincə güclü bir iqtisadiyyatdır:

“Düzdür, orada müəyyən nüanslar var. Məsələn, Türkiyədə daxili maliyyə vəsaitlərinin bir çoxu xarici investorlara mənsub olsa da, orada banklar və bir sıra transmilli korporasiyalar fəaliyyət göstərir. Amma Türkiyə iqtisadiyyatı ilə dünyada və regionda yetərincə öz sözünü deyən bir ölkədir. Türkiyə bir çox ölkələrə məhsul ixrac edir, hətta elə məhsullar var ki, həmin o məhsullar üzrə patentə malik olan bir ölkədir.

Düşünürəm ki, lirənin dəyər itirməsi, dünya iqtisadiyyatında baş verən kataklizmlərin nəticəsidir. Bəzi ölkələr bir az ağır, bəziləri isə sərt keçirir bu dövrü.”

“Amerikanın sanksiyalarının da, çox aşağı bir ehtimalla təsiri mövcuddur. Lakin bunu unutmamalıyıq ki, Türkiyə Amerika üçün yerləşdiyi regionda ən önəmli bir ölkədir. NATO üzvüdür və Amerika bu regionda bütün siyasətini Türkiyə və İsrailin üzərindən aparır. Zəif Türkiyə ABŞ-a sərf etmir. Sadəcə yüngül sanksiyalar tətbiq etməklə bunun ciddi bir təsir yaradacığını düşünmürəm”, - deyə iqtisadçı fikrini tamamlayıb.

Türk lirəsini ABŞ “öldürür“? - “Dünya iqtisadiyyatında baş verən kataklizmlər...“






Fikirlər