- 16-05-202515-05-2025
Fikirlər
-
Reklam
-
Əsas xəbərlər
Xəbər verdiyimiz kimi, əməkdar artist Mehriban Xanlarova sosial şəbəkə hesabında Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin aktrisa Məsmə Aslanqızını və onun şəhid atasını təhqir etdiyini bildirib.
Məsələ ilə bağlı Bakupost.az -ın əməkdaşı Mehriban Ələkbərzadə ilə əlaqə saxlayıb.
Onlar arasında baş tutan dialoqu təqdim edirik:
- Mehriban xanım, haqqınızda səsləndirilən iddialarla bağlı nə deyə bilərsiz? Ümumiyyətlə bu, həqiqətdirmi?
- Heç bir açıqlamam yoxdur, sağ olun.
Bir qədər sonra Mehriban Ələkbərzadə yenidən redaksiyamıza zəng edərək, bu mövzu ilə niyə maraqlandığımızı soruşdu və bunları əlavə etdi:
“Mən tövsiyə edirəm ki, mədəniyyət siyasətindən, teatrdakı tamaşalardan yazasınız. Kiminsə ortaya atdığı böhtanları qabartmaq lazım deyil”.