İLHAM ƏLİYEV QƏLƏBƏ PARADINA GETMƏYƏCƏK! - Səbəbləri məlum oldu (Yenilənib)

Prezident İlham Əliyevin doğum günüdür - Yeni Çağ

Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq.

Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Laos liderləri Moskvadakı Qələbə paradına gəlməyəcəklər.

APA Azərbaycan liderinin Moskva səfərini ləğv etməsinə təsir göstərən bəzi amilləri öyrənə bilib.

 

Qeyd edək ki, AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçsə də, Rusiya tərəfindən hər hansı əməliyyat istintaq tədbirləri aparılmayıb, eləcə də bu hadisədə günahı olanlar tapılaraq məsuliyyətə cəlb olunmayıb.

Eyni zamanda, bir müddət əvvəl Azərbaycanın bir sıra media resurslarına kiberhücumların Rusiyadan edildiyi təsdiqini tapıb. Moskva bu məsələyə də aydınlıq gətirməyib.

Bundan başqa, bir neçə gün əvvəl Azərbaycan parlamentinin üzvü Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulub, o, Moskvada aeroportda saxlanılaraq, deportasiya edilib. Rusiya tərəfi isə məsələ ilə bağlı əsaslandırılmış hər hansı açıqlama verməyib.

Bütün bu amillərin Azərbaycan Prezidentinin Moskvaya səfərinin təxirə salınmasına təsir göstərdiyi bildirilir.

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür » Lider-media.az

 






Fikirlər