“Moskvanın düşməni olmaq təhlükəli, Moskvanın dostu olmaq ölümcül təhlükəlidir”
Moskva özünü “Üçüncü Roma” elan etdikdən və Rusiya hökmdarları özlərini çar, imperator, baş katib və ya prezident adlandırdıqdan sonra çox şey dəyişdi, lakin Bizansın ölkəni idarə etmə metodu və xarici siyasət dəyişməz qaldı. "AzerTaym.az" bildirir ki, bunu politoloq Tofiq Zülfüqarov bildirib. O, sosial şəbəkə hesabında daha sonra qeyd edib: "Buna görə də qayda dəyişməz olaraq qalır - Moskvanın düşməni olmaq təhlükəli, amma Moskvanın dostu olmaq ölümcül təhlükəlidir... Bizim və təkcə bizim deyil, - müasir tariximiz bu qaydanı dəfələrlə sübut edib. Lakin bu gün biz fərqli olmuşuq, Qalib Xalq psixologiyasına sahibik, birlik və siyasi iradə nümayiş etdirməklə “moskvalı neo-bizanslılarına” bir atalar sözündə olduğu kimi, “sayanın nökəriyəm, saymayanın ağası”. Ona görə də bizi “sındırmaq” cəhdləri yalnız vaxt itkisidir. Dost və tərəfdaşınız olmaq istəyirsinizsə, bizə dost və tərəfdaş kimi baxın".