Trampdan Makrona evlilik tövsiyəsi ...

Trampdan Makrona evlilik tövsiyəsi

ABŞ Prezidenti Donald Tramp Bricit Makronun həyat yoldaşı Emmanuel Makrona şillə vurması videosu ilə bağlı açıqlama verib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, “Fox News”un müxbiri Trampa "Fransanın birinci xanımının əri Emmanuel Makrona şillə vurmasının videosu yayılıb. Onun üçün evlilik məsləhətiniz varmı?" sualını verib.

“İkisini də çox yaxşı tanıyıram. Həqiqətən yaxşı insanlardır. baş verənlərin nə ilə bağlı olduğunu bilmirəm”,- deyə cavab verib.

3 dəfə evlənən Tramp mövzu ilə bağlı zarafat etməyi unutmayıb:

“Qapının bağlı olduğundan əmin olmaq lazımdır”, – o söyləyib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron və xanımı Bricitin Vyetnama rəsmi səfəri zamanı təyyarənin qapısı açılarkən Bricitin ərinə şillə vurması kameralara düşüb. Makron baş verənlərin yoldaşı ilə aralarında zarafat olduğunu söyləyib.






Fikirlər