"Onun qələbəsinə sevinənlər Türkün dostu, onu özünə dərd edənlər türkün düşmənidir"

Ərdoğanın qələbəsi Türk dünyasının qələbəsidir...
 
Seçki marafonu boyunca Türkiyədə gedən prosseslər bütün dünyada, xüsusilə də Türk - İslam aləmində diqqətlə izlənilirdi. Türkiyənin daxilində olduğu kimi, onun xaricində də Ərdoğanın seçilməsini istəməyənlər az deyildi. Lakin Türkiyəmizdə ortada sağlam düşünən, uzağı görən, türk dövlətinin qüdrətini başı üzərində saxlamağa hər an hazır olan  böyük bir elektorat var idi. Bu elektorat Ərdoğanın Türkiyə üçün nə demək olduğunu yaxşı anlayır və onun 20 ildə Tükiyəni haradan -hara gətirib çıxartdığını yetərincə dəyərləndirə bilirdi. Sonda məhz sağlam düşünən bu elektorat da qalib gəldi.
 
Rəcəb Tayyib Ərdoğanın 20 il ərzində Türkiyə və Türk – İslam dünyası üçün etdiklərini görməmək üçün sadəcə kor olmaq gərəkdir. Çox təəssüf ki, belə korların sayı Türkiyəmizdə az deyildi. Əslində bu adamlar kor deyildilər, Ərdoğanın Türkiyə üçün, türk dünyası üçün və bütövlükdə islam aləmi üçün etdiklərini yaxşı görürdülər. Bu adamlar Türkiyə lirəsi ətrafında Qərbin apardığı iyrənc siyasətin mahiyyətini dərk etməyən kəslər idi. Ölkəsinin gerçək müstəqilliyini sevən, onun imperialist nəhənglərdən asılı olmasını qətiyyən istəməyən bütün türklər seçki marafonu boyunca Ərdoğanın yanında oldular. Onlar türk dövlətinin qüdrətini, qərbin türk lirəsi ətrafında süni yolla yaratdığı çətinliyə dəyişmədilər və bu dəfə də, 2016-cı ildə Qərbin Türkiyəmizdə təşkil etmək istədiyi çevriliş ssenarisinə bənzər bir ssenarinin işləməsinə imkan vermədilər. Kılıçdaroğlu layihəsi gerçəkdən 2016-cı ildə Qərbin dəstəyi ilə Fətullah Gülənin Türkiyədə dövlət çevrilişi etmək üçün düzənlədiyi bir layihənin davamı kimi göründü. Kimdir Kılıçdaroğlu? Kökləri bilavasitə ermənilərlə bağlı birisi. Deməli ermənilərin uzun illər ərzində düşünülmüş bir projesi... Adam seçkilərdə qalib gələcəyinə o qədər inanmışdı ki, bir siyasətçi üçün bütün etik normalardan kənar olsa da seçkiöncəsi ölkə daxilində və xaricində kimlərlə necə “haqq-hesab” çəkəcəyini bəyan etməkdən belə utanmırdı. Bax bu dəqiq erməni xislətinin rüşeymlərindən süzülüb gələn bir kin, bir nifrət, bir ədavətin təzahürü idi. 
 
Çox təəssüflər ki, erməni kökənli bu cılız siyasətçini Azərbaycanda hakimiyyətin gördüyü bütün işlərdə qara axtaran “demokratlar” da ürəkdən dəstəkləyirdilər. Ərdoğan Azərbaycan cəmiyyətindəki bu çürüklərin də arzusunu gözlərində qoydu. Bu çürüklər Türkiyə kimi qardaş bir dövlətin başına erməni kökənli birinin gəlməsini dəstəkləyərkən Ərdoğanın Azərbaycan üçün, torpaqlarımızın erməni işğalından azad olunması üçün etdiklərini yada salıb utansaydılar... Bir azərbaycanlı nə qədər kirli bir xislətin sahibi olmalıdır ki, 1980-ci illərin sonundan başlanan Qarabağ münaqişəsində 30 mindən çox şəhid vermiş xalqına qarşı belə bir mürtəce mövqedə dayansın. Sözün bitdiyi yer! Seçkidən öncə Azərbaycana barmaq silkələyən erməni kökənli bir yaramazı dəstəkləyən belə “siyasilərə” sadəcə ar olsun!!! 
 
Təbi ki, Azərbaycanda belələri olduqca azdır və belə azlar həmişə də azlıqda qalacaqlar. Bunlar sadəcə bir qrup xislətlərində kin-küdurətdən başqa heç nə olmayan, xəstə təxəyyüllü kəslərdir və belələri heç vaxt Azərbaycan xalqının adından danışa bilməzlər. Azərbaycan xalqı, onun Prezidenti bu seçkilərdə əvvəldən axıra qədər Ərdoğanın yanında oldu və onu dəstəklədi... 
 
Fikrət Yusifov
İqtisad elmlər doktoru, professor,
Sabiq Maliyyə naziri






Fikirlər