Zelenski Moldova prezidenti ilə görüşdü...

Zelenski Moldova prezidenti ilə görüşdü 

Ukrayna prezidenti Volodimir Zelenski Moldova prezidenti Maya Sandu ilə görüşüb. 

Yenisabah.az "RBK Ukraine"ə istinadən xəbər verir ki, görüş Zelenskinin Moldovaya səfəri çərçivəsində baş tutub. 

Belə ki, Zelenski hazırda paytaxt Kişineu yaxınlığında keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Sandu ilə danışıqlar aparıb. 

"Biz tədbir başlamazdan əvvəl cəbhədəki vəziyyət, ikitərəfli gündəm və Avropaya inteqrasiya yolumuz haqqında çox yaxşı müzakirələr apardıq", - deyə qeyd olunub. 






Fikirlər