Əbu-Bəkr məscidi yenidən fəaliyyətə başlayır?

Əbu-Bəkr məscidi yenidən fəaliyyətə başlayır?

Paytaxtdakı müsəlman ibadət ocaqlarından sayılan Əbu-Bəkr məscidi bir müddət sonra istifadəyə veriləcək.

Bu barədə "AzerTaym.az"-a etibarlı mənbələrdən məlumat daxil olub.

Ad - 00:01

 

Daxil olan məlumata görə, hazırda məscid təmirə bağlanıb və ibadətgahda təmir-bərpa işləri aparılır.

Məscidin təmirinin dövlət hesabına aparıldığı və prosesin aidiyyatı dövlət qurumlarının nəzarətində olduğu bildirilir.

O, da vurğulanır ki, geridə qalan dövr ərzində məscidin divarlarında, əsasən də gümbəz hissəsində çatlar əmələ gəlib. Ona görə də gümbəz hissəsi yenidən təmir və restavrasiya edilir.

Məlumata görə, Əbu-Bəkr məscidi təmirdən sonra dindarların ixtiyarına veriləcək.

Qeyd edək ki, adıçəkilən məscid 1997-ci ildə inşa olunub və 2008-ci ilə qədər fəaliyyət göstərib.






Fikirlər