KİV: Azərbaycan Pakistandan qırıcılar alır...
Azərbaycan Hərbi Hava Qüvvələri Pakistan Aeronavtika Kompleksi ilə saziş imzalayıb. AzerTaym.az Oxu.az-a istinadən xəbər verir ki, Pakistan mediasının məlumatına görə, bu razılaşma ölkə tarixinin ən böyük hərbi ixrac müqaviləsidir. Müqaviləyə “JF-17C Blok-III” qırıcıları, reaktiv təyyarələr üçün təlim və döyüş sursatları daxildir. Müqavilənin dəyəri 1,6 milyard ABŞ dolları həcmində qiymətləndirilir.