1955-ci ilin "Mercedes"i bu qiymətə satılaraq dünyanın ən bahalı avtomobili oldu

Yalnız iki modeli mövcud olan 1955-ci ilin Mercedes-Benz avtomobilindən biri bu ayın əvvəlində 143 milyon dollara hərraca çıxarılıb və o, indiyə qədər satılan ən bahalı avtomobil olub.

Musavat.com xəbər verir ki, bu badərə "Amerikanın səsi" məlumat yayıb.


Fərdi kolleksiyaçının aldığı "300 SLR Uhlenhaut Coupe", 2018-ci ildə 48 milyon dollara satılan 1962-ci ilin "Ferrari 250 GTO" modelinin rekordunu demək olar ki, üç dəfə artırıb.

Hərrac evi bildirib ki, satışdan əldə olunan gəlir ətraf mühit elmini və karbonsuzlaşdırma tədqiqatlarını maliyyələşdirəcək ümumdünya Mercedes-Benz Fondunun yaradılmasına sərf olunacaq.






Fikirlər