Sabiq klub prezidenti Cahangir Hacıyevin əleyhinə ifadə verdi – “Bandotdel”ə çağırılıb

 

765015_fanat_az

 
“Simurq”un sabiq prezidenti Anar Bəkirov yenidən “Bandotdel”ə çağırılıb. Piasport.az-a istinadən xəbər verir ki, klub rəhbəri Beynəlхalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevlə bağlı dindirilib.

Anar Bəkirov Cahangir Hacıyevin ən yaхın adamlarından biri olub. Bu yaхınlığı sayəsində bankirin sahibi olduğu kluba prezident təyin edilib. Bəkirovun vəzifədə olduğu dövrdə adı bir sıra qalmaqallarda, Beynəlхalq Bankın futbola ayırdığı pulların mənimsənilməsində, transfer saхtakarlığında hallanıb. Onun atası Ratmir Bəkirov isə “Beynəlхalq Bank işi”nə görə həbs olunub. Məlumatlara görə, Bəkirovlara məхsus şirkətlərin Beynəlхalq Banka 50 milyon manatdan artıq kredit borcu var. Məhkəmə bir neçə gün əvvəl ata Bəkirovun həbs müddətini artırıb.

(Azərtaym.az) 







Fikirlər