“Bəli, Türkiyə bizə xəbərdarlıq etmişdi” - Lavrov

 

72425Türkiyə hava məkanının pozulması ilə bağlı bizi xəbərdar etmişdi. ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya xarici işlər naziriSergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Bununla belə SU-24 bombardmançı təyyarənin Suriya hava məkanında vurulduğunu deyən Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə bir saata yaxın telefonda danışdığını bildirib. Nazirin sözlərinə görə, Çavuşoğlu Türk pilotların vurulan təyyarənin Rusiyaya məxsus olduğunu bilmədiklərini söyləyib.


Mövlud Çavuşoğlu – Türkiyə xarici işlər naziri

Təyyarənin vurulmasının əvvəlcədən planlaşdırıldığını iddia edən Lavrov təyyarənin düşdüyü bölgədə yalnız Türkmənlərin olmadığını, orada Rusiya üçün təhdid rolunu oynayan yüzlərlə rus mənşəli döyüşçünün olduğunu qeyd edib. Çavuşoğlunun Türkiyə ilə Rusiya arasındakı dostluq əlaqələrinin davam etdirilməsini istədiyini bildirən Lavrov bunları söyləyib: “Çavuşoğlu sərhəd pozuntusu edən təyyarənin vurulmasınin Türkiyənin haqqı olduğunu söylədi. Bizə daha əvvəl etdikləri xəbərdarlıqları xatırlatdı. Bəli, Türkiyə həqiqətən də bizə xəbərdarlıq etmişdo. Lakin bizim məlumatlarımıza görə, təyyarəmiz Suriya hava məkanında idi. Çavuşoğlu təyyarəmizin 17 saniyə Türk hava sahəsində olduğunu dedi”
Rus və Türk xalqları arasındakı dostluğun bu hadisələrə görə pozulmayacağını vurğulayan Lavrov Türkiyə ilə mövcud olan və üzərində çalışılan razılaşmaları ciddi şəkildə nəzərdən keçirəcəkləri mesajını verib.
“Türkiyə ilə müharibə etməyəcəyik” deyən Lavrov “Türk xalqına olan mövqeyimiz dəyişmədi. Bizi Türk hökumətinin addımları düşündürür. Biz qonşularımızın regional maraqlarına həmişə hörmətlə yanaşırıq” deyə bildirib. Rusiya hökumətinin Türkiyə ilə əlaqələrin hamısını nəzərdən keçirən bir hərəkət planı üzərində çalışdığını bildirən Lavrov Türkiyəyə edəcəyi səfəri ləğv etdiyini xatırladıb.
“Hələlik Türkiyəyə səfər etmək və türkiyəli həmkarları Rusiyada qəbul etmək planımiz yoxdur. Çavuşoğlu üçüncü bir ölkədə, hər hansı bir beynəlxalq toplantıda görüşməmizi və sakit şəkildə mövzuları müzakirə etməyimizə ümid etdiyini söylədi, mən isə etiraz etmədim”, deyə nazir bildirib.
Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhədində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhədini pozduğu bildirilir. 5 dəqiqə içində 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24” bunlara məhəl verməyib. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.


Təyyarə vurulan ərazi

Bir müddət əvvəl oktyabr ayında da Rusiya döyüş təyyarələri Türk hava sahəsini pozmuşdu. Həmin vaxt Rusiya rəsmiləri üzr istəyərək bir daha belə halların təkrarlanmayacağını bildirmişdi. Rusiya tərəfi pilotlardan birinin paraşütlə atılan zaman güllələndiyini təsdiq edib. İkinci pilot isə artıq ruslar tərəfindən tapılaraq hərbi bazaya gətirilib.

 






Fikirlər