Generallar şəhid polislərin dəfnində - FOTOLAR

“Ramil Usubov da polislərin dəfn mərasiminə gəldi - Fotolar

Dünən Nardaranda ekstremistlərə qarşı keçirilən əməliyyatda atışma zamanı həlak olan iki polis əməkdaşı bu gün II Fəxri Xiyabanda dəfn olunur.

"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşlarının verdiyi xəbərə görə, polis əməkdaşlarının dəfninə hazırlıq başlayıb.

Xiyabanın önündə hüquq-mühafizə orqanlarının əməkdaşları toplanıb. Dəfn mərasimində nazirlik rəhbərliyinin iştirakı gözlənilir.

Hazırda Yol Polisinin rəisi Ramiz Zeynalov, Baş prokurorun müavini Rüstəm Usubov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, Prezident Administrasiyasının Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev iştirak edir.

***

Daxili işlər naziri Ramil Usubov, Baş prokuror Zakir Qaralov və milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev də dəfn mərasiminə qatılıb.

***

Polislərin cənazələri II Fəxri Xiyabana gətirilib.

Murad Əhməd

Fotolar: Nuran Məmmədov

Ramil Usubov da polislərin dəfn mərasiminə gəldi - Fotolar

Fikirlər