Generala sualınız var?

“Generala sualınız var?

 

Oktyabrın 14-də Horadiz Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Beyləqan və Füzuli rayonları sakinlərinin qəbulu keçiriləcək.

“Qafqazinfo”nun məlumatına görə, qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları oktyabrın 11-dək Dövlət Sərhəd Xidmətinin rəsmi saytında (www.dsx.gov.az) yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-43 və 012-498-02-29 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Horadiz Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.






Fikirlər