“İndi heç nə danışa bilmərəm” – Eldar Namazov

 

eldar_c5b5982d128e5e055a60d2Milli Şuranın yaranmasına böyük səy göstərən, lakin 2013-cü il prezident seçkilərindən sonra adıçəkilən təşkilatdan gedən Eldar Namazov son zamanlar siyasi arenada görünmür.
O, bunun səbəblərini işlərinin çox olması ilə əlaqələndirib.
Modern.az-ın “Eldar müəllim, ölkənin seçkilərə kökləndiyi bir zamanda, neçə vaxtdır ki, mətbuata heç bir açıqlama vermirsiniz. Buna səbəb nədir” sualına Eldar Namazov qısa cavab verib:
“Bəzi işlərim var. Onları yoluna qoyandan sonra mətbuata müsahibələr verəcəyəm. Məni mətbuat səhifələrində görəcəklər. İndi isə heç nə barədə danışa bilmərəm”
Eldar Namazov 1993-1999-cu illərdə prezident (mərhum dövlət başçısı Heydər Əliyevin vaxtıbda) katibliyinin rəhbəri, onun xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə köməkçisi olub.






Fikirlər