Avropada 6 gecə həyəcan: 52 döyüş

 
       

Oktyabrın 8-dən Avropada möhtəşəm futbol həyəcanı başlanır.

 

Axar.az-ın verdiyi məlumata görə, altı gün ərzində Avro-2016-nın seçmə mərhələsində 52 oyun keçiriləcək.

 

Çexiya, İslandiya, İngiltərə və Avstriyanın ardınca qruplarında ilk iki yeri tutan daha 14 komanda, həmçinin ən yaxşı 3-cü yerin sahibi də qarşıdakı oyunlarda bilinəcək.

 

Gələn ay baş tutacaq pley-ofa yüksələn 8 yığmanın da adı bu 52 görüşdə bəlli olacaq. Bakıda yığmamızın qəbul edəcəyi İtaliya qələbə ilə Fransaya bileti sifariş etməyə yaxındır.

 

Maltanı sınağa çəkəcək Norveç isə Xorvatiyanın xal itirəcəyi halda Avro-2016-ya yüksələcək. Sonuncuların uduzmaması isə Bolqarıstanın cüzi şanslarının üstündən xətt çəkəcək.

 






Fikirlər