Ramin Musayev həbs edildi... həbs edildi...

bitmap-img6

 

 

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev həbs edilib.
Musayev həbs edilərək, Abşeron Rayon Polis İdarəsinə aparılıb. Bu barədə məlumatı AFFA-dakı mənbə verib. 
PFL prezidenti bir neçə ay əvvəl həbs olunub. Musayevi polis idarəsində 7 saata yaxın saxlayıblar. Ona 296-cı maddəyə əsasən (bilə-bilə yalan xəbərçilik etmə) ittihamı irəli sürüblər.
Mənbə bildirir ki, hadisəyə AFFA prezidenti Rövnəq Abdullayev də müdaxilə edib. Məhz Abdullayevim işə qarışmasından sonra Ramin Musayev cərimə edilərək, azadlığa buraxılıb.
Mənbə Musayevin həbsinin detalları ilə bağlı əlavə məlumat verəcəyini bildirib.
Məsələylə bağlı PFL prezidentinin də mövqeyini öyrəndik. Musayev Abşeron Rayon Polis İdarəsində olduğunu təsdiqlədu. Ancaq o, polis idarəsinə başqa bir şəxsin işiylə bağlı getdiyini bildirdi: “Bəli, bir nəfərin işiylə bağlı polis bölməsində olmuşam. Öz işimlə bağlı deyildi. Polislər sağ olsun, heç bir problem yoxdu. Məsələ həll olunub”.(komanda.az)






Fikirlər