Prezident qəhrəman polisləri təltif etdi - Foto

 



Nardaranda ekstremistlərə qarşı keçirilən əməliyyat zamanı həlak olan polis əməkdaşları medulla təltif edilib. 

AzNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məlumat verib. O, bildirib ki, Prezident İlham Əliyev qəhərəmancasına həlak olan polislərin hər ikisinin medalla təltif edilməsi barədə sərəncam verib.
Qeyd edək ki, ötən gün Nardaranda əməliyyat keçirilir. Əməliyyat zamanı polislərlə ekstremistlər arasında qarşıdurma yaranıb. 6 nəfər həlak olub. Onalrdan 2-si polisdir. Onlar Nəsibov Vüqar Eyyub oğlu və Tağıyev İsmayıl Rəsul oğludur. 






Fikirlər