ABŞ-dan iddia: Ruslar İŞİD-lə gizlicə… və ya şahmatda İlyumjinov gedişi

... 

ABŞ  Əsəd rejiminə maliyyə dəstəyi təmin etdikləri və İŞİD-dən neft almasına vasitəçilik etdikləri səbəbilə aralarında Rusların da olduğu 4 nəfər və 6 şirkəti qara siyahıya alıb.

Siyahıya alınanlar arasında Rusiya Federasiyasına tabe olanı Kalmıkiya Respublikası və Dünya Şahmat Federasiyasının keçmiş başçısı Kirsan İlyumjinovun da olması diqqət çəkib.

Azərtaym.az xəbər verir ki,  verilən açıqlamada, sanksiya qərarının, Əsədin Suriya xalqına istiqamətli şiddət hərəkətlərinə cavab olaraq alındığı və siyahıya alınan şəxslər arasında rejimin İŞİD-dən neft təmin etməsinə köməkçi olan vasitəçilərin olduğu qeyd edilib. ABŞ Xəzinə Nazirliyi Terrorizm və Maliyyə Kəşfiyyat müşaviri Adam Szubin, mövzu ilə əlaqədar açıqlamasında "Suriya hökuməti, öz insanlarına qarşı davam etdirdiyi geniş diametrli vəhşilik və şiddətdən məsuldur. ABŞ, Əsədin Suriya xalqına istiqamətli şiddəti davam etdirməsinə kömək edənləri hədəfə almağa davam edəcək",- deyib. Açıqlamada, ayrıca sanksiya tətbiq olunacaq şəxslər və təşkilatlar haqqında bəzi məlumatlara yer verilib. Buna görə, Suriya vətəndaşı Corc Haswani və sahibi olduğu HESCO Mühəndislik və İnşaat Şirkəti, Əsəd rejiminə İŞİD-dən neft alınmasında vasitəçilik etməsi səbəbilə siyahıya alınıb. HESCO Mühəndislik və İnşaat Şirkətinin Suriyada İŞİD idarəsində olan bölgədə fəaliyyət göstərdiyi yazılan şərhdə,  firmanın AB-nin sanksiya siyahısına mart ayında əlavə olunduğu bildirilib. Siyahıya alınan bir digər adlar isə Mudalal Khuri, Kirsan İlyumjinov və Nicos Nicolaou, xüsusilə Khuri və İlyumjinova istiqamətli detallar diqqəti çəkib. Rusiyadakı Financial Alliance Bankının İdarə heyəti Başçısı Khurinin Əsəd rejiminin Rusiyadakı maliyyə nümayəndəsi olduğu vurğulanan şərhdə, şəxsin hazırda sanksiya siyahısında olan Suriya hökuməti və Suriya Mərkəzi Bankı adına işlədiyi qeyd edilib. Ayrıca, Khurinin Financial Alliance Bankına əlavə nəzarət etdiyi 4 digər şirkət üçün də sanksiya qərarı alınıb. Bu şirkətlər Primax Məsləhətçilik Şirkəti, Ezegoo İnvestisiya, Hudsotrade Limited və Kremsont Ticarət olaraq sıralanıb. Rusiya Federasiyasına bağlı Kalmıkiya Respublikası və Dünya Şahmat Federasiyasının köhnə başçısı Ilyumjinov isə siyahıya Financial Alliance Bankı başda olmaq üzrə Khurinin nəzarət etdiyi firmalarla əlaqələri səbəbilə girərkən, özünün rəhbər olduğu dövrdə edilən offshore ticarətlərini araşdıran bir jurnalistin məsləhətçisi tərəfindən öldürüldüyü qeyd edilib. Cənubi Kipr mərkəzli Primax Məsləhət Şirkətinin direktoru Nicolaou da yenə Khurinin nəzarət etdiyi firmalarla əlaqələri səbəbilə siyahıya alınıb. Sanksiyalar çərçivəsində, bu şəxs və təşkilatların ABŞ-da olan bütün mal varlıqları dondurulurkən, Amerikalılarla ticarət əlaqələri də qadağan edilib.






Fikirlər