Səudiyyə ruhaniləri Rusiyaya cihad elan etdi: İŞİD “müqəddəs döyüşçülər” adlandırıldı

 

ISID.jpg

Səudiyyə Ərəbistanının onlarla ruhanisi ərəb və müsəlman ölkələrini Suriyada Bəşər Əsədə, onun hamiləri olan Rusiya və İrana qarşı cihada çağırıb.

Strateq.az Röyterə istinadən bildirir ki, səudiyyə din xadimləri Suriyada aparılan cihada mənəvi, maddi, siyasi və hərbi dəstək verməyi vacib elan ediblər.  

Məlumatda qeyd olunur ki, onlayn müraciəti imzalayan din xadimlərinin Səudiyyə Ərəbistanı höküməti ilə əlaqəsi olmasa da, bu mövqe Krallığın çoxlu sakinlərinin ümumi mövqeyini ifadə edir. Səudiyyə vətəndaşları Rusiya və İranın Suriyadakı vətəndaş mühairbəsində iştirakını nifrətlə qarşılayıblar.  

Din xadimlərinin dünən yayımlanan müraciətində Rusiyanın Suriyaya köməyi SSRİ-nin 1980-ci ildə Əfqanıstana müdaxiləsi ilə bərabər tutulub. “Müqəddəs döyüşüçlər Suriyanın islam millətini müdafiə edir.  Onlara inanın və dəstək verin...”,- deyə bəyanatda vurğulanır.

Onlayn müraciəti 53 din xadimi imzalayıb. Onların arasında Səudiyyə Krallığında böyük hörmətə malik olan ruhanilər də var.






Fikirlər